qerib-montaj

QƏRİB KAMRAN OĞLU DADAŞOV

emekdar-inshaatci"Tunel-Metro İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Qərib Kamran oğlu Dadaşovdur. O, 1959-cu il may ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu müvəffəqiyyətlə bitirən Qərib Dadaşov 1976-cı ildə texnik kimi əmək fəaliyyətinə başlayıb. Q. Dadaşov 1977-ci ildən etibarən Sənaye Tikinti Nazirliyinin 2 saylı Tikinti Trestində və "Azsantexquraşdırma" Trestinin Sumqayıt Quraşdırma İdarəsində işləyib. Burada müxtəlif vəzifələrdə çalışan gənc inşaatçı üzərinə düşən vəzifələrin öhdəsindən məharətlə gəlməyi bacarmışdır.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda gedən geniş tikinti-quruculuq işləri sahəsində böyük nüfuz qazanmış Qərib Kamran oğlu Dadaşov İttifaq və respublika əhəmiyyətli bir sıra vacib və strateji obyektlərin tikintisində yaxından iştirak edib. O, 1977-1987-ci illərdə Bakı şəhəri və Abşeron rayonunun içməli suya olan tələbatının ödənilməsi üçün xüsusi əhəmiyyət kəsb edən Ceyranbatan su kəmərinin tikintisində, eləcə də gənclik şəhəri Sumqayıtın iri kimya müəssisələrinin tikintisində müstəsna xidmətlər göstərib. Keçmiş SSRİ-nin sənaye nəhənglərindən sayılan “EP-300”, “Polimer-120”, “Divinil”, “LVJ”, “Lindan” kompleksi kimi müəssisələr İttifaqın sənaye potensialının artırılmasına mühüm töhfələr verib. Bundan əlavə, o, Sumqayıt Şüşə Zavodu və Alüminium Zavodunun elektroliz sexinin, həmçinin paytaxtda Dərin Özüllər və Yeni Bakı Neftayırma zavodlarının inşasında da yaxından iştirak edib.

Q. Dadaşov 1986-cı ildə Çernobıl atom-elektrik stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işində Azərbaycan nümayəndə heyətinin tərkibində fəal iştirak edib. Respublikamızıntəcrübəli inşaatçılarından biri kimi Çernobıl qəzasının ləğvi ilə əlaqədar Slavutiç şəhərinə ezamedilən həmyerlimiz 1987-1990-cı illərdə burada “Bakı məhəlləsi”nin inşasında beynəlmiləlçilik borcunu layiqincə yerinə yetirib.

Qərib Dadaşov Sumqayıtın 10, 13 və 18-ci mikrorayonlarında, 47-48-ci məhəllələrində yeni yaşayış massivlərinin, eləcə də burada bir çox sosial obyektlərin və məktəblərininşasına rəhbərlik edib. Gənclik şəhəri Sumqayıtda həyata keçirilən tikinti-quruculuq işlərində xüsusi fəallıq göstərən Qərib Dadaşov 1991-ci ildə “Rəmz-1” kiçik müəssisəsini təsis edərək burada direktor vəzifəsində çalışıb. 1992-ci ildə təsərrüfat hesablı “Santexelektrikquraşdırma” İdarəsində sahə rəisi, 1994-cü ildə isə “Sənayesantexquraşdırma” İdarəsində rəis vəzifəsinə irəli çəkilib.

Rəhbər inşaatçı kadr kimi 1996-cı ildən fəaliyyətini “Azərsənayetikinti” Dövlət Şirkətində uğurla davam etdirən Q. Dadaşov 2001-ci ildə “Tunel-Metro İnşaat” MMC şirkətini yaradıb. Onun rəhbərlik etdiyi özəl şirkət 2001-2010-cu illərdə “Azərtunelmetrotikinti” ASC arasında imzalanan subpodrat müqaviləsinə əsasən metro tikintisi sahəsində sanballı işlər görüb. Bu sahədə yüksək fədakarlıq nümunəsi göstərən “Tunel-Metro İnşaat” MMC-nin kollektivi subpodrat işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nail olub. Metropolitenin “Həzi Aslanov” stansiyasının və “28 May” stansiyası üçün yeni çıxışın tikintisi də məhz Q. Dadaşovun rəhbərlik etdiyi “Tunel-Metro İnşaat” MMC-nin inşaatçıları tərəfindən həyata keçirilib. Bundan əlavə, qabaqcıl, mütərəqqi iş qaydalarına əsaslanan kollektiv Bakı Metropoliteninin “Nəsimi”, “Azadlıq prospekti”, ”Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2” stansiyalarının tikintisinin sürətlə və yüksək keyfiyyətlə aparılmasına mühüm töhfələr verib. “Tunel-Metro İnşaat” MMC məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının reallaşdırılmasında fəal iştirak edib. Ötən müddətdə müəssisə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni qəsəbələrin və məhəllələrin inşası ilə bağlı keçirilən tenderlərdə müntəzəm iştirak edib və bir sıra tikintiləri həyata keçirmək hüququ qazanıb. Goranboy şəhərində 688 məcburi köçkün ailəsi üçün yaradılan məhəllədə 45 mənzilli beşmərtəbəli, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1410 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış massivində 40 mənzilli beşmərtəbəli yaşayış binalarını yüksək keyfiyyətlə inşa edərək istifadəyə verib. Bununla yanaşı, Abşeron rayonu Masazır qəsəbəsində 758, Bərdədə 195, Ağcabədi rayonunda 556, Şəkidə 423, Mingəçevir şəhərində 502, İmişli rayonunda 550, Gəncədə 1500 məcburi köçkün ailəsi üçün inşa edilən qəsəbələrin və məhəllələrin qaz təchizatı şəbəkəsinin yaradılması, həmçinin Bərdə rayonunun Həsənqaya bələdiyyəsinin ərazisində 866 məcburi köçkün ailəsi üçün yaradılan yeni məhəllədə beşmərtəbəli 60 mənzilli binanın tikintisi də Qərib Dadaşovun rəhbərlik etdiyi müəssisə tərəfindən həyata keçirilib.

Biləsuvar, Goranboy və Ağdam rayonlarında, Füzuli rayonunun Zobucuq qəsəbəsində köçkünlər üçün yaradılan qəsəbələrin, paytaxtın Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binalarının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayonu ərazisində 632, Bərdə rayonunda 588, Beyləqanda 320, Mingəçevirdə 594, Saatlıda 230 və Göygöl rayonunda 600 məcburi köçkün ailəsi üçün inşa olunan qəsəbələrin qaz təchizatı şəbəkələrinin və 47 fərdi yaşayış evinin tikintisi də Qərib Dadaşovun rəhbərlik etdiyi kollektiv tərəfindən həyata keçirilib.

2015-ci ilin aprel ayının 9-da ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Qərib Kamran oğlu Dadaşov Azərbaycanın tikinti kompleksinin inkişafına verdiyi töhfələrə görə “İnşaatçılar Günü” peşə bayramı münasibətilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Qərib Kamran oğlu Dadaşov hazırda "Tunel-Metro İnşaat" MMC-nin rəhbəri kimi ölkəmizin tikinti kompleksində fəaliyyətini uğurla davam etdirir.

FOTOQALEREYA

Tanınmış inşaatçı, zəngin həyat təcrübəsinə malik Qərib Kamran oğlu Dadaşovun həm peşəkar, həm də ictimai fəaliyyətini əks etdirən fotoşəkillər aşağıdakı fotoqalereyada sərgilənmişdir.

Bu qalereyadakı cəmi şəkil sayı - 6

SON XƏBƏRLƏR

 08.04.2017 - 21:35    125

Azərbaycanda tikinti sektoruna dövlət dəstəyinin gücləndirilməsi təşəbbüskarlığa geniş meydan açır

 17.04.2016 - 18:47    312

Ölkəmizdə sahibkarlığın stimullaşdırılması, özəl bölməyə göstərilən diqqət və qayğının artırılması dövlətin iqtisadi strategiyasının prioritet istiqamətlərindəndir. Son dövrlərdə bu sahədə qəbul olunan hüquqi-normativ aktlar mühüm əhəmiyyət kəsb edir

 27.03.2016 - 12:31    296

Dünyanı bürüyən maliyyə böhranının ölkəmizə təsirini azaltmaq, iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək məqsədilə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi strategiyasının prioritet istiqamətidir. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə

 27.03.2016 - 12:25    437

Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində

MƏLUMATLAR

2015-ci ilin aprel ayının 9-da ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Qərib Kamran oğlu Dadaşov Azərbaycanın tikinti kompleksinin inkişafına verdiyi töhfələrə görə "İnşaatçılar Günü" peşə bayramı münasibətilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.


Təcrübəli İnşaatçı, iş adamı Qərib Dadaşovun rəhbərliyi ilə respublikamızda çoxsaylı sənaye və mülki obyektlər inşa edilmişdir.

ƏLAQƏ FORMASI

Yoxlama sual: =

(*) - işarələnmiş sahalərin doldurulması vacibdir!

Lütfən gözləyin, məktub göndərilir!